Bişkekdə TDT hökumət başçılarının görüşü keçiriləcək
- 16 sentyabr, 2025
- 13:15

Bişkekdə sentyabrın 18-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.
Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov və TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edəcəklər.
Tərəflər iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcəklər. Həmçinin, əməkdaşlığın daha da gücləndirilməsi üçün TDT-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdən keçiriləcək.