“TBC Kredit” BOKT-un istiqrazlarının yerləşdirilməsinə başlanılıb
- 23 sentyabr, 2021
- 06:42

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “TBC Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manatlıq istiqrazlarının yerləşdirilməsinə başlanılıb.
“Report” xəbər verir ki, qiymətli kağızlar standart bazar seqmentində hərraca çıxarılıb və birqiymətli hərrac üsulu ilə yerləşdirilir.
Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.
İstiqrazların yerləşdirilməsi münasibəti ilə BFVB-də “Açılış Zəngi” mərasimi keçirilib, istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə zəng çalınlb. Mərasimdə Birjanın sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev, “TBC Kredit”in direktoru Əjdər Əliyev, “Azfinance”ın direktoru İntiqam Səfərəliyev, “Azərbaycan Mikromaliyyə Assosasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva iştirak edib.