Qarabağ Dirçəliş Fondu "Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi" üzrə sertifikatlaşdırmadan keçəcək

Maliyyə
  • 17 oktyabr, 2025
  • 09:35
Qarabağ Dirçəliş Fondu Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi üzrə sertifikatlaşdırmadan keçəcək

Qarabağ Dirçəliş Fondu İSO 37001:2025 "Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi" beynəlxalq standartı üzrə sertifikatlaşdırmadan keçməyi planlaşdırır.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı təlim təşkil edilməsi də nəzərdə tutulur.

Təlim rüşvətxorluğa qarşı idarəetmənin prinsipləri, idarəetmə sisteminin tətbiqinin faydaları, ISO 37001 beynəlxalq standartının tələbləri, effektiv idarəetmə sisteminin işlənib hazırlanması və tətbiqi ilə bağlı addımları nəzərdə tutur.

Eyni zamanda rüşvətxorluğa qarşı mübarizədə liderliyin və işçilərin məlumatlandırılmasının rolu, idarəetmədə riskin qiymətləndirilməsi və lazımi araşdırmanın əhəmiyyəti, idarəetmədə monitorinq və davamlı təkmilləşdirmənin rolunu əhatə edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti