İranda daş kömür emalı müəssisəsində tavan uçub, ölən və yaralananlar var

Region
  • 17 oktyabr, 2025
  • 12:05
İranda daş kömür emalı müəssisəsində tavan uçub, ölən və yaralananlar var

İranda Cənubi Xorasan əyalətinin "Təbəs Pərvədə" daş kömür şirkətinin hasilat emalatxasında baş verən qəza nəticəsində bir fəhlə ölüb, yaralananlar var

"Report" İSNA-ya istnadən xəbər verir ki, bu barədə Təbəsin icra başçısı Əli Əşrəfian bildirib.

Onun sözlərinə görə, emalatxanada zəncir konveyerin hərəkəti zamanı iş yerinin tavanının bir hissəsi çöküb, nəticədə fəhlə ölüb.

Xilasetmə və təhlükəsizlik xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Yaralılara tibbi yardım göstərilib və təxliyə əməliyyatları həyata keçirilib.

Əli Əşrəfian bildirib ki, hadisənin dəqiq səbəbi təhlükəsizlik ekspertləri və Əmək İdarəsi əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti