Gürcüstan və Türkiyə sahil mühafizələri birgə təlimlər keçirib

Region
  • 17 oktyabr, 2025
  • 12:02
Gürcüstan və Türkiyə sahil mühafizələri birgə təlimlər keçirib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Polisi ilə Türkiyə Sahil Mühafizəsi Komandanlığı arasında əməkdaşlıq çərçivəsində Gürcüstan Sahil Mühafizəsinin "Suxumi" adlı patrul gəmisi Türkiyənin Samsun şəhərinə liman səfəri edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, məlumatı DİN-in Sərhəd Polisi yayıb.

Bildirilib ki, əməkdaşlıq proqramı çərçivəsində Türkiyə Sahil Mühafizəsinə məxsus TCSG-97 gəmisi Gürcüstanın Poti şəhərinə liman səfəri həyata keçirib.

Məlumata görə, səfər zamanı Gürcüstan və Türkiyə sahil mühafizə qüvvələrinin gəmiləri Qara dənizdə birgə dəniz təlimləri keçiriblər. Təlimlərin məqsədi dənizdə təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində hər iki ölkənin ekipaj üzvləri müxtəlif idman və mədəni tədbirlərdə də iştirak ediblər.

"Sərhəd Polisinin yaydığı məlumata görə, bu cür səfərlər və birgə təlimlər iki ölkə arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edir", - məlumatda vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti