"PwC": Azərbaycan və Mərkəzi Asiya "yaşıl maliyyə alətləri"ndən daha fəal istifadə edə bilər
- 26 sentyabr, 2025
- 14:56

Azərbaycan və Mərkəzi Asiya ölkələri "yaşıl maliyyə alətləri"ndən daha fəal istifadə edə bilərlər.
"Report"un məlumatına görə, bu barədə "PwC"nin sövdələşmələr üzrə direktoru Ermekbay Jakeyev Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbirində bildirib.
"PwC"də biz müştərilərimiz, institutlar və hökumətlər arasında bu mövzuya böyük maraq müşahidə edirik. Məsələnin aktuallığına baxmayaraq, tam reallaşdırmaya gedən yol hələ uzundur. "Yaşıl istiqraz"lar, karbon kreditləri və s. gələcək inkişaf üçün güclü alətlər ola bilər. Lakin tam potensialın üzə çıxarılması üçün onlar daha yaxşı inteqrasiya edilməli və dəstəklənməlidir", - E.Jakeyev qeyd edib.
O, Azərbaycan da daxil olmaqla, regionda bu alətlərin inkişafı üçün üç istiqaməti vurğulayıb: ilk növbədə, "yaşıl maliyyələşdirmə"ni daha əlçatan etmək lazımdır:
"Yaşıl istiqraz"lar və kreditlər artıq Qazaxıstan və Özbəkistanda tətbiq olunur. Onların istifadəsini genişləndirmək üçün bu alətləri KOB-lar, yerli banklar və regional layihələr üçün əlçatan etmək, buraxılış prosedurlarını sadələşdirmək, həmçinin verifikasiya və hesabat üçün texniki dəstək təmin etmək lazımdır".