Azərbaycan və İsveçrə bank sektorunda risklərin idarə olunmasını müzakirə edib
- 26 sentyabr, 2025
- 16:36

Azərbaycan Mərkəzi Bankının (AMB) və İsveçrə Milli Bankı (SNB) sektorda risklərin idarə olunmasını müzakirə edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyətinin İsveçrəyə səfər çərçivəsində qarşı tərəfin "Risklərin idarə olunması" mövzusunda təşkil etdiyi tədbirdə iştirak edib. Mərkəzi Asiya ölkələrinin mərkəzi banklarının nümayəndələrinin də iştirak etdiyi bu tədbirdə risklərin idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eləcə də maliyyə institutları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.
Tədbirdə AMB-nin Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmli təqdimatla çıxış edərək risklərin idarə edilməsi üzrə qurumun təcrübəsindən, bu sahədə müasir çağırışlardan bəhs edib.