İqtisadiyyat naziri: "Qeyri-neft-qaz özəl sektorunda əmək haqqı fondu 3 dəfə artıb"

Maliyyə
  • 19 noyabr, 2025
  • 12:41
İqtisadiyyat naziri: Qeyri-neft-qaz özəl sektorunda əmək haqqı fondu 3 dəfə artıb

Azərbaycanda son 7 ildə qeyri-neft-qaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artımı vergi dərəcələrinin yüksəldilməsi hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılığın gücləndirilməsi nəticəsində vergitutma bazasının genişlənməsi ilə təmin olunub.

"Nəticədə iqtisadiyyatda, xüsusilə qeyri-neft-qaz sektorunda vergitutma bazası genişlənib, büdcənin gəlir və xərcləri artıb, əhalinin gəlirləri və müəssisələrin sərmayələri isə əhəmiyyətli dərəcədə yüksəlib. 2025-ci ilin proqnozları nəzərə alınmaqla, əhalinin gəlirlərinin əsas mənbəyi olan əmək haqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019–2025-ci illərdə 3 dəfə artıb", - M.Cabbarov vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti