Son 10 ayda Azərbaycanda 84 xarici ölkə vətəndaşı narkotikə görə cinayət məsuliyyətinə cəlb olunub

Hadisə
  • 19 noyabr, 2025
  • 14:23
Son 10 ayda Azərbaycanda 84 xarici ölkə vətəndaşı narkotikə görə cinayət məsuliyyətinə cəlb olunub

Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 84 xarici ölkə vətəndaşı narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 687 nəfər cəlb edilib, onlardan 4 545-i kişi, 142-si qadın olub.

Məsuliyyətə cəlb edilmiş 84 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 499,874 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti