MDB statistika rəsmisi: "Bakıdakı Forum qlobal statistik əməkdaşlığa ciddi töhfə verir"

Maliyyə
  • 26 sentyabr, 2025
  • 13:27
MDB statistika rəsmisi: Bakıdakı Forum qlobal statistik əməkdaşlığa ciddi töhfə verir

Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumu qlobal statistik əməkdaşlığın möhkəmləndirilməsinə ciddi töhfə verir.

"Report" xəbər verir ki, bunu MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam Forumun bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, proqramın zənginliyinə və işin intensivliyinə baxmayaraq, rəsmi statistikanın bütün problemlərini əhatə etmək mümkün olmayıb: "Əslinə qalsa belə bir məqsədimiz də yox idi. Bununla belə biz bu 3 gün ərzində rəsmi statistika qarşısında duran əsas qlobal çağırışlara cavablar axtarırdıq. Forumun zəngin proqramına 19 ölkədən və 9 beynəlxalq təşkilatdan milli statistika xidmətləri nümayəndələrinin və nüfuzlu ekspertlərin 50-dən çox məruzəsi daxil idi".

Qonaq gələcək forumların da eyni dərəcədə məzmunlu olacaq inam ifadə edib: "Bizim qonaqpərvər ev sahiblərimiz, xüsusən də onların möhtəşəm mədəni proqramında, hər bir ölkəyə səmimi hörmətlərini nümayiş etdirdilər. Biz Azərbaycandan paytaxt Bakıya, burada yaşayan insanlara, istedadlara və əlbəttə ki, bu ölkənin nailiyyətlərinə olan heyranlığımızı aparırıq. Bu şəhərdən Azərbaycan statistikasına dərin minnətdarlıq hissi ilə ayrılırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti