AEBA Zaporojjya AES-i yaxınlığında döyüşlərin bərpa edildiyini açıqlayıb

Digər ölkələr
  • 28 noyabr, 2025
  • 04:00
AEBA Zaporojjya AES-i yaxınlığında döyüşlərin bərpa edildiyini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) ekspertləri Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında yenidən döyüşlərin bərpa edildiyini qeydə alıblar.

"Report"un məlumatına görə, bu barədə agentliyin baş direktoru Rafael Qrossi bildirib.

"Zavodda olan AEBA işçiləri son günlər, çox vaxt zavodun çox yaxınlığında hərbi fəaliyyətin bərpa edildiyini qeydə alıblar. Bu günlərin bəzilərində AEBA komandası təxminən 20 dəfə, bəzən isə daha tez-tez partlayış və atışma səsləri eşidib", - deyə, Qrossi əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti