İqtisadi Zonaların İnkişafı Agentliyinin xərcləri 17 % artıb

Maliyyə
  • 27 oktyabr, 2025
  • 16:20
İqtisadi Zonaların İnkişafı Agentliyinin xərcləri 17 % artıb

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) gəlirləri 46,862 milyon manat, xərcləri isə 59,321 milyon manat olub.

"Report" xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 9,6 % və 16,9 % çoxdur.

Ötən il İZİA-nın əsas əməliyyat gəlirləri 45,197 milyon manat (əvvəlki ilə nisbətən 8,5 % çox), sair əməliyyat gəlirləri 1,037 milyon manat (2,2 dəfə çox), maliyyə gəlirləri isə 627 min manat (1 % çox) təşkil edib.

Hesabat dövründə İZİA-nın istifadə etdiyi material ehtiyyatlarının dəyəri 66 % artaraq 468 min manata, işçi heyəti üzrə xərcləri 18,5 % artaraq 6,734 milyon manata, amortizasiya xərcləri 45,7 % artarq 14,176 milyon manata, digər əməliyyat xərcləri 9,6 % artaraq 36,084 milyon manata, sair əməliyyat xərclcəri 13,9 % azalaraq 1,802 milyon manata, maliyyə xərcləri 96,6 % artaraq 57 min manata çatıb.

İZİA Prezident İlham Əliyevin 22 yanvar 2021-ci il tarixli "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında yaradılıb, publik hüquqi şəxsdir. Dövlət başçısının 21 dekabr 2021-ci il tarixli fərman ilə qurumun nizamnaməsi təsdiq edilib. Agentliyin idarəçiliyində 8 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti