"Reuters": "Amazon" 30 min iş yerini ixtisar etməyi planlaşdırır

Biznes
  • 28 oktyabr, 2025
  • 04:19
Reuters: Amazon 30 min iş yerini ixtisar etməyi planlaşdırır

Amerikalı onlayn pərakəndə satış nəhəngi "Amazon" 2022-ci ildən bəri ən böyük ixtisar dalğasını həyata keçirməyi planlaşdırır.

"Report"un "Reuters" agentliyinə istinadən məlumatına görə, şirkət korporativ sahədə 30 minə qədər iş yerini ləğv etməyi nəzərdə tutur.

Bu, "Amazon"un 2022-ci ilin sonunda təxminən 27 min əməkdaşını işdən çıxarmasından bəri ən genişmiqyaslı ixtisar olacaq.

Bildirilib ki, bu rəqəm "Amazon"un ümumi işçi heyətinin - 1,55 milyon nəfərin kiçik bir hissəsini təşkil etsə də, korporativ əməkdaşların sayının təxminən 10 faizinə bərabərdir. Şirkətdə korporativ sahədə çalışanların sayı təxminən 350 min nəfərdir.

Qeyd edək ki, bu hadisədən əvvəl "Amazon"un qurucusu Ceff Bezos şirkətin böyük həcmdə səhmlərini sataraq bir gün ərzində 3 milyard dollardan çox gəlir əldə etmişdi. Milyarder "Amazon"un qiymətləri tarixi maksimuma yaxınlaşdığı vaxtda 16 milyondan çox qiymətli kağızdan imtina etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti