EDB: Dünya iqtisadiyyatı 2026-cı ildə bir qədər yavaşlayacaq

Maliyyə
  • 18 dekabr, 2025
  • 15:38
EDB: Dünya iqtisadiyyatı 2026-cı ildə bir qədər yavaşlayacaq

Avrasiya İnkişaf Bankının (EDB) proqnozuna görə, dünya iqtisadiyyatı 2026-cı ildə 2024-2025-ci illərdəki dinamika ilə müqayisədə bir qədər yavaşlayacaq.

"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə EDB-in İdarə Heyətinin sədr müavini, baş iqtisadçısı Yevgeni Vinokurov "2026-2028-ci illər üçün makroiqtisadi proqnoz" hesabatının təqdimatında bildirib.

"Artım saxlanılacaq, lakin daha mülayim olacaq. Bu, əsasən, yeni oyun qaydalarına, ilk növbədə ticarət maneələri və tariflərə uyğunlaşma ilə bağlıdır. Qiymətləndirmələrimizə görə, ABŞ iqtisadiyyatı təxminən 1,6 %, avrozona isə təxminən 1 % artacaq. Çin əvvəlki kimi qlobal artımın əsas "mühərriki" olaraq qalacaq: ölkə iqtisadiyyatı 4,6 % arta bilər", - Y.Vinokurov deyib.

EDB-nin analitiklərinin fikrincə, ABŞ və avrozonada inflyasiya 2026-2028-ci illərdə hədəf səviyyələrindən yüksək qalacaq. Bununla yanaşı, faiz dərəcələrinin dinamikası fərqli olacaq: ABŞ-də tarif münaqişələri fonunda artan xərclər səbəbindən istehlak qiymətlərinin azalması yavaş olacaq. EDB-nin proqnozuna görə, Avropa Mərkəzi Bankı isə 2025-ci ildə faiz dərəcələrinin azaldılması dövrünü başa vuracaq və 2026-2027-ci illərdə onları tədricən artırmağa başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti