Nepal həvəskar alpinistlərə Everestə çıxmağı qadağan edəcək

Digər ölkələr
  • 17 fevral, 2026
  • 01:43
Nepal həvəskar alpinistlərə Everestə çıxmağı qadağan edəcək

Nepal hakimiyyəti Everest dağında (Çomolunqma, 8848,86 m) həvəskar alpinistlərə dırmanma lisenziyalarının verilməsini qadağan etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Bu qərarın əsas səbəbi, məşhur bloqçular və təlim keçməmiş alpinistlər də daxil olmaqla, planetin ən yüksək dağında turistlərin həddindən artıq çox olması göstərilib.

Ölkənin turizm departamentinin direktoru Himal Qautama qəzetə bildirib ki, Everestə dırmaşmaq üçün icazə yalnız ərizəçinin əvvəllər Nepalda 7000 metrdən çox hündürlüyündə ən azı bir zirvəni fəth etdiyinə dair sübut təqdim etdikdən sonra veriləcək.

Qautama əlavə edib ki, Nepal dağlarının öz xüsusiyyətləri və çətinlikləri var, ona görə də oxşar şəraitdə dırmanma təcrübəsi qəza riskini azaltmağa kömək edəcək.

Qəzet qeyd edib ki, Katmandu Nepalda fəth edilə biləcək digər 462 zirvənin cəlbediciliyini oxşar şəkildə artırmağa ümid edir.

Nəşr Everestin zirvəsinə aparan cığırların həddindən artıq sıxlığına diqqət çəkib. 2019-cu ildə 8000 metrdən çox hündürlükdə, artıq ölüm zonasında olan böyük bir alpinist növbəsinin fotosu bütün dünyada paylaşıldı.

Belə yüksəkliklərdə oksigen təzyiqi dəniz səviyyəsində mövcud olan təzyiqin yalnız üçdə birini təşkil edir ki, bu da insan həyatını uzun müddət təmin etmək üçün kifayət deyil. Məqalədə qeyd olunur ki, həmin il 11 nəfərin həyatına son qoyub.

Son xəbərlər

Bütün Xəbər Lenti