Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Hadisə
  • 17 fevral, 2026
  • 00:20
Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıt şəhərində mənzildə baş verən yanğın söndürülüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Sumqayıt şəhərinin birinci mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzildə yanğın başlayıb.

"Report"un yerli bürosu məlumat verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin səbəbləri və mümkün zərər barədə əlavə məlumatın veriləcəyi bildirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti