DGK-nın sədri Azərbaycanda elektrikli avtomobillərin ƏDV-yə cəlb olunmasının səbəbini açıqlayıb

Maliyyə
  • 04 noyabr, 2025
  • 15:40
DGK-nın sədri Azərbaycanda elektrikli avtomobillərin ƏDV-yə cəlb olunmasının səbəbini açıqlayıb
Şahin Bağırov

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinə maraq aşağı səviyyədədir.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O elektrik mühərrikli nəqliyyat vasitələrinin gələn ildən ƏDV-yə [vergi dərəcəsi 18 %-dir - red.] cəlb olunması məsələsinə də toxunub:

"2025-ci ilin ilk 10 ayında ölkəyə 1 760 elektrik mühərrikli avtomobil idxal edilib. Bu, çox az rəqəmdir, çünki 2024-cü ildə bu göstərici 3 027 idi. Bu da göstərir ki, cəmiyyətdə və insanların seçimində elektrik mühərrikli avtomobillərə maraq hələ də çox yüksək deyil. İnsanlar daha çox daxili yanma mühərrikli avtomobilləri idxal etməyə üstünlük verirlər".

Ş. Bağırovun sözlərinə görə, gömrük xətti ilə daxilolmalar əsasən idxal əməliyyatları nəticəsində baş verir: "İdxal zamanı gömrük tarifləri tətbiq olunur və gömrük ödənişləri alınır. Bizim büdcə daxilolmalarımızın əsas hissəsi isə ƏDV-dən formalaşır".

Son xəbərlər

Bütün Xəbər Lenti