Azərbaycanda oduncağın satışı ilə bağlı növbəti hərrac elan edilib

Biznes
  • 07 noyabr, 2025
  • 17:52
Azərbaycanda oduncağın satışı ilə bağlı növbəti hərrac elan edilib

Dekabrın 5-də, saat 10:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə birlikdə meşə təsərrüfatına dair oduncağın satışı üzrə növbəti dəfə hərrac keçirəcək.

"Report" bu barədə ƏMDX-ya istinadən xəbər verir.

Məlumata görə, qurumun Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) olacaq hərraca Lənkəran, Şabran, Quba, Şamaxı, Qax, Zaqatala, Göygöl, Masallı, Şəmkir, Qəbələ rayonlarında saxlanılan, fıstıq, ağcaqayın, vələs, göyrüc, qovaq, palıd, qoz, akasiya, söyüd, gilas və qızılağaca məxsus oduncaq (işlik) məhsulu çıxarılacaq. Hərracdan əvvəl əlaqəli şəxslə oduncağa yerində baxış keçirmək, daşınmanı planlaşdırmaq məqsədəuyğun hesab olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti