BMT-nin Əhali Fondu milli statistika orqanları ilə işləməyə hazırdır

Maliyyə
  • 26 sentyabr, 2025
  • 12:39
BMT-nin Əhali Fondu milli statistika orqanları ilə işləməyə hazırdır
Eduard Mixalas

BMT-nin Əhali Fondu (UNFPA) milli statistika orqanları ilə statistika sisteminin maliyyələşdirilməsini müdafiə etmək üçün işləməyə hazırdır.

"Report" xəbər verir ki, bunu UNFPA-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin əhali və məlumatlar üzrə regional müşaviri Eduard Mixalas Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunun 3-cü günündə bildirib.

Onun sözlərinə görə, hər yeni göstərici Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) izləmək və bu DİM-lərə nail olunmasında irəliləyişi nümayiş etdirmək, mümkün olan ən aşağı səviyyədə geoəlaqəli məlumat platformalarının yaradılması üçün maliyyələşdirmə tələb olunur: "UNFPA-nın əməkdaşlığı davam etdirməyə hazır olduğu digər sahəyə xüsusilə reproduktiv sağlamlığa aid olan DİM 5.6.1 və 2-nin izlənməsi daxildir ki, bu da bir qədər çətin izlənilir. Həm milli, həm də yerli səviyyədə potensialın artırılması və müxtəlif tədqiqatların aparılmasında əməkdaşlıq əlaqəlidir. UNICEF-dən olan həmkarlarımız kombinə edilmiş yanaşmanın vacibliyindən danışırdılar, belə ki, bu göstəricilərin bəziləri orada, həmçinin GGS-də, Nəsillər və Gender Sorğusunda var".

O bildirib ki, bu region həmişə müxtəlif regionların necə inkişaf etməli olduğu barədə yeni ideyalar təqdim edir: "İki-üç il ərzində dünya növbəti DİM gündəliyindən danışmağa başlayacaq. O vaxta qədər cari gündəliyin yerinə yetirildiyinə əmin olmalıyıq. Bunun üçün isə güclü beynəlxalq tərəfdaşlıq yaradılmalıdır, çünki bu məsələlər yalnız birlikdə həll edilə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti