"Bank Respublika" Ağdamda ilk dəfə məktəbə gedəcək birinciləri sevindirdi

Maliyyə
  • 15 sentyabr, 2025
  • 11:00
Bank Respublika Ağdamda ilk dəfə məktəbə gedəcək birinciləri sevindirdi

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC uzun illərdir həyata keçirdiyi sosial təşəbbüslərlə ölkənin ictimai həyatında fəal rol oynayır.

44 günlük Vətən müharibəsindən sonra "Bank Respublika" prioritet istiqamət kimi şəhid ailələrinə və eləcə də müharibə iştirakçılarına dəstək göstərmək, həmçinin Qarabağ bölgəsində sosial və humanitar layihələr icra etməyi seçib.

Bu məqsədlə bank əməkdaşları yeni tədris ilinin başlanması ərəfəsində Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd məktəblərinə səfər edərək birinci sinfə qədəm qoyan balaca fidanları sevindiriblər.

Bankın nümayəndələri uşaqlara müxtəlif tədris ləvazimatları ilə dolu məktəb çantaları hədiyyə edərək onların sevincinə şərik olublar. Bankın əməkdaşları uşaqlara yeni biliklər qazanmağı, gələcəkdə peşəkar və vətənpərvər mütəxəssislər kimi yetişməyi arzulayıblar.

Bank ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüslərin gələcəkdə də davam etdirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti