"Bank of Baku"dan "Gözünüz aydın olsun!" şüarı ilə sağlamlıq aksiyası
- 13 oktyabr, 2025
- 16:34

İnsan kapitalını özünün dəyərli kapitalı hesab edən "Bank of Baku" ASC əməkdaşlarının sağlamlığına dəstək məqsədilə göz müayinəsi aksiyası təşkil edib.
Aksiya "Gözünüz aydın olsun!" şüarı ilə Bankın İnzibati Mərkəzində baş tutub. "Dünyagöz" klinikasının dəstəyi ilə keçirilən aksiyada 100-dən çox əməkdaş ilkin müayinə imkanından yararlanıb.
Müayinə zamanı əməkdaşların gözləri tibbi avadanlıqlar vasitəsilə yoxlanılıb, "Dünyagöz" klinikasının həkim-oftalmoloqu tərəfindən göz sağlamlığı ilə bağlı ilkin məlumatlar və faydalı tövsiyələr təqdim olunub.
Ümumdünya Görmə Günü ərəfəsində baş tutan aksiyanın əsas məqsədi göz sağlamlığının önəminə diqqət çəkmək, eləcə də mümkün problemlərin erkən mərhələdə aşkarlanmasına töhfə verməkdir.
"Bank of Baku" öz strateji inkişaf planında insan kapitalının gücləndirilməsinə və əməkdaş rifahına yönəlik təşəbbüslərə xüsusi yer ayırıb.
Daha ətraflı:
145 Məlumat Mərkəzi