"Bakı Fond Birjası"nın dövriyyəsi 9 %-ə yaxın artıb

Maliyyə
  • 04 noyabr, 2025
  • 15:59
Bakı Fond Birjasının dövriyyəsi 9 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 54 milyard 620,573 milyon manat təşkil edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 61,6 % artaraq 25 039 olub.

BFB-nin dövriyyəsinin 79,9 %-i, yaxud 43 milyard 655,423 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 1,9 % çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 59,1 % artaraq 8 milyard 864,736 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 8,9 % artaraq 2 milyard 100,415 milyon manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti