Azərbaycanın bank sektorunun aktivləri 10 %-dən çox artıb

Maliyyə
  • 28 oktyabr, 2025
  • 09:57
Azərbaycanın bank sektorunun aktivləri 10 %-dən çox artıb

Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 138 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 10,4 % çoxdur.

Bankların aktivlərinin 27 milyard 547,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 9,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 49,5 %-dən 49,1 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,2 % artaraq 48 milyard 967,8 milyon manata, o cümlədən depozit portfeli 1,5 % artaraq 36 milyard 587,8 milyon manata çatıb. Bunun 15 milyard 377 milyon manatı fiziki, 21 milyard 210,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 4,5 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 89,6 dəfə azalaraq 0,5 milyon manat olub.

Sektorun balans kapitalı isə 14 % artaraq 7 milyard 170,2 milyon manat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti