"Dreamland" maliyyə vəziyyətini açıqlayıb

Biznes
  • 28 oktyabr, 2025
  • 14:48
Dreamland maliyyə vəziyyətini açıqlayıb

"Xəyal adası" MMC ("Dreamland") 2024-cü ili 647 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2023-cü ildən 4,519 milyon manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Xəyal adası"nın vergiyəqədərki mənfəəti 1,985 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 1,338 milyon manat (əvvəlki il vergi ödəməyib) olub.

Bu il yanvarın 1-nə "Xəyal adası"nın aktivləri 326,867 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,4% artaraq 171,371 milyon manata çatıb, balans kapitalı isə 0,8% azalaraq 155,496 milyon manata düşüb.

Xatırladaq ki, "Xəyal adası" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manat, təsisçiləri isə 70% payla "Global Agro Industry FZCO" şirkəti və 30% payla "Klovan" MMC-dir.

"Xəyal adası" "SUBİS SUN Beynəlxalq Məktəbi", "SUBİS SUN Beynəlxalq Uşaq bağçası və "Catering" MMC-lərin təsisçisidir.

Son xəbərlər

Bütün Xəbər Lenti