Azərbaycanda meyvə bağları üzrə 1 milyon manata yaxın sığorta ödənişi verilib

Maliyyə
  • 27 noyabr, 2025
  • 12:26
Azərbaycanda meyvə bağları üzrə 1 milyon manata yaxın sığorta ödənişi verilib

Aqrar Sığorta Fondu Xaçmaz rayonunun Tell kəndində yerləşən nektarin bağı üzrə 712 min manat, Cığatay kəndində yerləşən badam bağı üzrə isə 201 min manat, ümumilikdə 913 min manat sığorta ödənişi edib

"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.

Onun sözlərinə görə, bu ilin mart ayında nektarin bağını şaxta vurub: "Sahədə iki dəfə ekspertiza aparılıb. İlkin ekspertiza hadisənin təsdiq olunması ilə bağlı olub, yekun ekspertiza məhsul yetişəndə baş tutub, daha dəqiq zərər hesablanıb. Hadisə meyvə bağlarında çiçəklənmə zamanı baş verib və zərər qarşılanıb".

Son xəbərlər

Bütün Xəbər Lenti