Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 30 %-ə yaxın artıb

Maliyyə
  • 28 noyabr, 2025
  • 15:00
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 30 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 196,252 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 34,943 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 29,7 % çoxdur.

10 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,8 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 15,1 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti