Azərbaycanda DİM statistikasının inkişafı Qırğızıstan təcrübəsi ilə müqayisə olunur
- 26 sentyabr, 2025
- 10:17

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) statistikasının inkişafı Qırğızıstan təcrübəsi ilə müqayisə olunur.
"Report" xəbər verir ki, bunu Qırğızıstanın Milli Statistika Komitəsinin Dayanaqlı İnkişaf Statistikası (DİM) İdarəsinin rəisi Timur Mambutaliyev Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunun 3-cü günündə bildirib.
Onun sözlərinə görə, ölkə göstəricilərin mümkün qədər detallı bölünməsinə, yeni məlumat mənbələrinin cəlbinə və beynəlxalq əməkdaşlığa xüsusi önəm verir: "Azərbaycan da DİM üzrə milli göstəricilərin tam toplanması, yeni sorğuların təşkili və beynəlxalq təcrübə mübadiləsi istiqamətində Qırğızıstan modelindən yararlana bilər. Bu, 2030 Gündəliyinin icrasında ölkəmizin statistik potensialının gücləndirilməsinə əlavə imkanlar yaradır".