Azərbaycanda 2026-cı ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb

Maliyyə
  • 16 sentyabr, 2025
  • 01:55
Azərbaycanda 2026-cı ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb

2026-cı ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Eyni zamanda, ölkə prezidentinin 2025-ci il 30 may tarixli sərəncamına uyğun olaraq "2027-2030-cu illərdə sosial iqtisadi inkişaf Strategiyası"nın layihəsinin hazırlanması prosesində ölkəmizdə mövcud vəziyyət, hədəf göstəriciləri, məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlər, əldə ediləcək nəticələr və tələb olunan resursların təsviri göstərilməklə "Ortamüddətli dövr üzrə vergi və gömrük siyasətinə dair hədəflər"in müəyyən edilməsi istiqamətində işlər aparılır. 

Qeyd olunanlar nəzərə alınmaqla, 2026-cı il üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutur:

- Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması;

- Əlverişli investisiya mühitinin yaradılması;

- Vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi.

Son xəbərlər

Bütün Xəbər Lenti