Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 10 milyard manata endiriləcək

Maliyyə
  • 16 sentyabr, 2025
  • 03:12
Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 10 milyard manata endiriləcək

Azərbaycan hökuməti 2029-cu ilə qədər dövlət büdcəsinin gəlirlərinin 40 milyard 103 milyon manata çatacağını proqnozlaşdırır. 

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, yaxın 4 ildə büdcənin neft-qaz gəlirləri, yəni Dövlət Neft Fondundan (ARDNF) transfert 10 milyard 200 milyon manata endiriləcək, qeyri-neft-qaz gəlirləri isə 16 milyard 623 milyon manata çatdırılacaq. 

2029-cu ilə qədər büdcə xərclərinin isə 43 milyard 333,2 milyon manata yüksələcəyi, o cümlədən cari xərclərin 26 milyard 227,7 milyon manat, əsaslı xərclərin 14 milyard 89,5 milyon manat, dövlət borcu və öhdəliklərinə xidmət xərclərinin isə 3 milyard 16 milyon manat olacağı gözlənilir. 

Beləliklə, 4 ildən sonra büdcə kəsiri 3 milyard 230,2 milyon manat təşkil etməlidir. 

Son xəbərlər

Bütün Xəbər Lenti