Azərbaycan və Türkiyənin Mərkəzi Bankları beynəlxalq təcrübənin tətbiqini müzakirə ediblər
- 18 sentyabr, 2025
- 15:07

Azərbaycan və Türkiyənin Mərkəzi Bankları arasında beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib.
"Report" bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Türkiyə Mərkəzi Bankında işgüzar səfərdə olub. Səfər çərçivəsində keçirilmiş görüşlərdə AMB-nin büdcə planlaması və onun idarə edilməsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə innovasiyaların tətbiqi və daxili nəzarətin təkmilləşdirilməsi kimi sahələr üzrə interaktiv təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin beynəlxalq təcrübələrin tətbiqi, mövcud və yenilənmiş sistemlərdən istifadənin effektivliyi və digər ikitərəfli maraq doğuran mövzular ətrafında faydalı və konstruktiv müzakirələr keçirilib.