Marta Kos Azərbaycandan sonra Ermənistana gedəcək
- 18 sentyabr, 2025
- 16:36

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycandan sonra sentyabrın 19-20-də Ermənistanı ziyarət edəcək.
Bu barədə "Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Səfər çərçivəsində bir sıra görüşlər, o cümlədən Baş nazir Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və Baş nazirin müavini Mqer Qriqoryan, həmçinin daxili işlər naziri Arpine Sarqsyan ilə görüşlər planlaşdırılıb.
M.Kos, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə iki layihənin imzalanmasında iştirak edəcək, "EU4Sevan" biomüxtəlifliyin qorunması layihəsinin məkanını və TUMO Yaradıcı Texnologiyalar Mərkəzini ziyarət edəcək.
Komissar vətəndaş cəmiyyəti təşkilatları və gənc avropalı səfirlərlə görüşəcək.