Azərbaycan və Malayziya Mərkəzi Bankları əməkdaşlığı müzakirə edib

Maliyyə
  • 11 dekabr, 2025
  • 14:57
Azərbaycan və Malayziya Mərkəzi Bankları əməkdaşlığı müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Malayziya Mərkəzi Bankı (BNM) arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Gülər Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyada işgüzar səfərdə olub.

Səfər çərçivəsində G.Paşayeva ilə MMB-nin sədr müavini Adnan Zaylani arasında görüş keçirilib. Görüşdə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti həmçinin MMB-in təşkil etdiyi "Risk dialoqu" tədbirində iştirak edib. Tədbirdə Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmlinin "Mərkəzi bankların risklərin idarə edilməsi təcrübələri və risk yetkinliyi" mövzusunda təqdimatla çıxışı baş tutub. O, mərkəzi banklarda risk idarəçiliyinin inkişaf dinamikası və qabaqcıl təcrübələr barədə danışıb.

Son xəbərlər

Bütün Xəbər Lenti