Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Digər ölkələr
  • 13 dekabr, 2025
  • 14:06
Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib.

"Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır.

Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərini bildiriblər. Şahidlərin sözlərinə görə, oğlan 17-20 yaşlarda ola bilərdi.

Silahın həqiqi olub-olmadığı hələlik məlum deyil. Şübhəlinin axtarışları davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti