Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

Region
  • 13 dekabr, 2025
  • 14:38
Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm sivil, həm azadlıqyönümlü, həm də əhatəli bir konstitusiya hazırlamaq niyyətində olduqlarını bəyan edib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında R.T.Ərdoğan bildirib ki, bu yola konkret nəticə əldə etmək üçün çıxılıb.

"Elə edək ki, millətimiz "bu mənim konstitusiyamdır" deyə bilsin və öz gələcəyi ilə bağlı heç bir narahatlıq keçirməsin", - o qeyd edib.

Türkiyə lideri bu işdə bütün siyasi partiyaların eyni öhdəliyə sahib olduqlarını ifadə edib:

"Hazırda yeni konstitusiya işlərinə ən hazırlıqlı partiyayıq. Davamlı şəkildə formalaşdırdığımız konstitusiya üzrə qrup bu işi aparır".

Son xəbərlər

Bütün Xəbər Lenti