Azərbaycan və Malayziya bank sektorunda institusional əlaqələrin genişləndirilməsini müzakirə edib

Maliyyə
  • 03 oktyabr, 2025
  • 11:00
Azərbaycan və Malayziya bank sektorunda institusional əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Malayziyanın ölkəmizdəki səfiri Əhməd Kamrizamil Bin Mohd Rza və Asiya Biznes Məktəbinin Bankçılıq və maliyyə proqramları üzrə baş direktoru, iqtisadiyyat elmləri professoru Hans Genberq ilə görüşüb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, görüşdə sədr müavini qurumun peşəkar inkişafa və istedadlı kadrların yetişdirilməsinə yönəlmiş təşəbbüsləri, eləcə də bu istiqamətdə həyata keçirilən proqramlar haqqında danışıb. Professor Genberq öz növbəsində Asiya Biznes Məktəbinin fəaliyyəti, məqsədi, inkişaf gündəliyi və mərkəzi bankçılıq proqramları barədə məlumat verib.

Görüşdə AMB-nin əməkdaşlarının təklif olunan proqramlarda iştirak imkanları müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti