Təranə Muradova: Roza Cəlilovanın adı Azərbaycan xoreoqrafiyasına qızıl hərflərlə yazılıb

İncəsənət
  • 19 noyabr, 2025
  • 14:49
Təranə Muradova: Roza Cəlilovanın adı Azərbaycan xoreoqrafiyasına qızıl hərflərlə yazılıb
Təranə Muradova

Roza Cəlilovanın adı Azərbaycan xoreoqrafiyasına qızıl hərflərlə yazılıb.

"Report" xəbər verir ki, bunu Xalq artisti Təranə Muradova mərhum Roza Cəlilova ilə vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

"Tərəkəmə", "Uzundərə", "Sarı gəlin", "Ağ çiçək" - bütün bu rəqslər Roza Cəlilovanın ifasında heç vaxt unudulmayacaq. Bu rəqslər onu da, Azərbaycan incəsənətini də bütün dünyada tanıdıb. Əlbəttə, biz də çalışacağıq ki, onun irsini qoruyaq, yaşadaq", - T.Muradova əlavə edib.

Qeyd edək ki, R.Cəlilova bu gün səhər saatlarında 96 yaşında vəfat edib.

Son xəbərlər

Bütün Xəbər Lenti