Azərbaycanda ödəniş xidmətlərinin tənzimlənməsində yeniliklər Mərkəzi Asiya ölkələrilə müzakirə edilib

Maliyyə
  • 26 sentyabr, 2025
  • 18:14
Azərbaycanda ödəniş xidmətlərinin tənzimlənməsində yeniliklər Mərkəzi Asiya ölkələrilə müzakirə edilib

Mərkəzi Asiya ölkələrinin mərkəzi bankları ilə Azərbaycanda ödəniş xidmətlərinin tənzimlənməsində yeni yanaşmaların tətbiqi müzakirə edilib.

"Report"un Özbəkistan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu məsələ Daşkənddə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin mərkəzi banklarının nümayəndələrinin görüşündə müzakirə olunub.

Görüş zamanı ödəniş sistemlərinin inkişafı, rəqəmsal maliyyə infrastrukturu, kibertəhlükəsizlik, fintex bazarının tənzimlənməsi və innovativ həllərin tətbiqi istiqamətində əsas istiqamətlər müzakirə edilib.

"Gündəliyə əsasən, maliyyə xidmətləri sahəsində xüsusi hüquqi rejimlər, Tacikistanın vahid QR-kod sistemi təcrübəsi, Qazaxıstanın rəqəmsal infrastrukturu, Azərbaycanda ödəniş xidmətlərinin tənzimlənməsində yeni yanaşmalar, eləcə də "SupTech" və "RegTech" konsepsiyaları, nağdsız ödənişlərə xüsusi diqqət yetirilib", - qurum bildirib.

Görüşün məqsədi regionun mərkəzi bankları arasında əməkdaşlığı gücləndirmək, təcrübə mübadiləsi aparmaq və ödəniş sistemləri və rəqəmsal maliyyə texnologiyaları sahəsində birgə təşəbbüsləri dəstəkləmək olub.

Son xəbərlər

Bütün Xəbər Lenti