Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 8 % azaldıb
- 06 oktyabr, 2025
- 15:54

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 104,259 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % azdır.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 13,527 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,9 % azdır.
9 ayda Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,4 % artaraq 5,85 milyard ABŞ dollarına, sentyabrda isə 4,1 % artaraq 687milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı İraq 845,887 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 3,8 % çox), Böyük Britaniya 334,793 milyon ABŞ dolları (2,6 % çox) və ABŞ 300,401 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 5,6 % çox) həyata keçirib.