Azərbaycan I yarımildə 3 milyard dollardan çox birbaşa xarici investisiya cəlb edib

Maliyyə
  • 17 sentyabr, 2025
  • 10:45
Azərbaycan I yarımildə 3 milyard dollardan çox birbaşa xarici investisiya cəlb edib

Bu ilin I yarısında Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 3 milyard 222,5 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, ölkəyə yatırılan investisiyalarda top 5-də Böyük Britaniya (806,3 milyon ABŞ dolları), Türkiyə (628,7 milyon ABŞ dolları), Kipr (353,4 milyon ABŞ dolları), İsveçrə (226,6 milyon ABŞ dolları) və İran (176 milyon ABŞ dolları) qərarlaşıb.

"Hesabat dövründə Azərbaycan xaricə 1 milyard 349,8 milyard ABŞ dolları birbaşa investisiya yönəldib. Bu baxımdan isə top 5-də İsrail (542,5 milyon ABŞ dolları), Türkiyə (177,4 milyon ABŞ dolları), Birləşmiş Ərəb Əmirlikləri (156,3 milyon ABŞ dolları), Gürcüstan (77,6 milyon ABŞ dolları) və ABŞ (77,1 milyon ABŞ dolları) qərarlaşıb", - deyə AMB rəsmisi əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti