NATO Ukraynaya dəstəyini davam etdirəcək

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 21:16
NATO Ukraynaya dəstəyini davam etdirəcək

NATO-ya üzv ölkələr, o cümlədən Kanada, Almaniya, Niderland, Norveç və Polşa PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) çərçivəsində Ukraynaya dəstək üçün əlavə vəsait ayırır. Proqrama alyans üzvlərinin 2/3-dən çoxu qoşulub.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Avstraliya və Yeni Zelandiya (NATO-ya daxil deyillər – red.) da PURL-ə töhfə verəcəklər – onlar proqrama qoşulan alyans tərəfdaşları arasında ilk ölkələrdir. Bu o deməkdir ki, müttəfiqlər və tərəfdaşlar artıq PURL çərçivəsində 4 milyard dollardan çox vəsait ayırıblar və bu bizə bütün il üzrə 5 milyard gözləməyə imkan verir", – deyə Rütte vurğulayıb.

O bütün ölkələri 2026-cı ilə qədər öhdəliklərinin icrasını sürətləndirməyə çağırıb.

"NATO üzvləri tərəfindən maliyyələşdirilən PURL çərçivəsində ölkəyə kritik əhəmiyyətli silahlar, o cümlədən cəbhə xəttini saxlamaq və əhalini qorumaq üçün HHM sistemləri göndərilir. Ukrayna inanılmaz dözümlülük nümayiş etdirir, Putin hesab edir ki, yardım dayanana qədər vaxt qazana bilər, lakin bu baş verməyəcək", - Rütte qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti