Azərbaycan EIB-lə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib
Maliyyə
- 27 avqust, 2025
- 18:49
Azərbaycan Avropa İnvestisiya Bankı (EIB) ilə sahibkarlığa dəstək, infrastruktur layihələri və digər istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə EIB-nin Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin fəaliyyət müddəti başa çatmaqda olan rəhbəri Matsey Çura ilə görüşdə baş tutub.
Görüşdə Azərbaycanın EIB-lə uzunmüddətli tərəfdaşlığının ölkənin iqtisadi inkişafı baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Bildirilib ki, bankla infrastruktur, özəl sektora dəstək, rəqəmsal inkişaf və başqa istiqamətlər üzrə səmərəli tərəfdaşlıq həyata keçirilir.
Son xəbərlər
17:40
"Qarabağ" - "Ayaks" oyununun biletlərinin əksəriyyəti satılıb
Futbol17:31
Nazir: Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması sülhün təmininə imkan yaradacaq
Xarici siyasət17:25
Azərbaycan və Niderland regional məsələləri və əməkdaşlığı müzakirə edib
Xarici siyasət17:22
Hakan Fidan: ATƏT-in Minsk prosesinin bağlanması qərarı tarixi hadisədir
Region17:12
Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib
Futbol17:11
Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 12 mövqe genişləndirib
Digər ölkələr17:08
Abbas Əraqçi livanlı həmkarını Tehrana dəvət edib
Region17:07
Foto
Dünya Turizm Filmlərinin mükafatlandırma mərasimi başlayıb
Mədəniyyət siyasəti17:07