AMB I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Maliyyə
  • 17 sentyabr, 2025
  • 10:59
AMB I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 534 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 238,2 milyon ABŞ dolları pul köçürülüb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (213,1 milyon ABŞ dolları), Türkiyə (87,8 milyon ABŞ dolları), ABŞ (52,1 milyon ABŞ dolları), Böyük Britaniyadan (18,8 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirliklərindən (18,5 milyon ABŞ dolları) daxil olub.

Bundan başqa, onun sözlərinə görə, yarım il ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (68 milyon ABŞ dolları), ABŞ (40 milyon ABŞ dolları), Rusiya (22,1 milyon ABŞ dolları), Gürcüstan (13,8 milyon ABŞ dolları) və Böyük Britaniya (12,3 milyon ABŞ dolları) qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti