Rusiya millisinin üzvü: "Bizim üçün çox əhəmiyyətli qızıl medaldır"

Komanda
  • 27 sentyabr, 2025
  • 11:42
Rusiya millisinin üzvü: Bizim üçün çox əhəmiyyətli qızıl medaldır

III MDB oyunlarında qazanılan qızıl medal Rusiyanın qızlardan ibarət stolüstü tennisçiləri üçün çox əhəmiyyətlidir.

"Report" un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, bunu final matçından sonra jurnalistlərə açıqlamasında Rusiya yığmasının üzvü Zlata Terekova deyib.

O, finalda Azərbaycan millisi üzərində 2:0 hesabı ilə qələbə qazandıqlarına görə sevindiklərini söyləyib:

"Azərbaycan yığmasına qarşı oyun çətin keçdi. Həyəcanlı olmağımıza baxmayaraq, qələbə qazandıq. Qələbə qazanmaq istəyirdik. Bizim üçün çox əhəmiyyətli qızıl medaldır. Bu tək mənim deyil, ailəm və üzərimdə əməyi olanların da medalıdır".

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti