Boçorişvili: Bakı-İrəvan sülh prosesi Cənubi Qafqazda sabitlik üçün əsas yaradır
- 04 dekabr, 2025
- 20:19
Azərbaycan və Ermənistan arasında sülh sazişi davamlı sülhün təmin olunması üçün mühüm təməl daşıdır və Cənubi Qafqazda uzunmüddətli sabitlik və inkişaf üçün möhkəm əsas yaradır.
"Report" Gürcüstan XİN-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının 32-ci iclasında bəyan edib.
"Gürcüstan sülh və regional əməkdaşlığa ardıcıl şəkildə töhfə verməyə davam edir və beynəlxalq hüququn qorunması, suverenliyin müdafiəsi, Cənubi Qafqazda, həmçinin ATƏT regionunda uzunmüddətli sülhün təmin olunması üçün bütün tərəfdaşlarla işləməyə hazırdır", – deyə o bildirib.
Nazirin sözlərinə görə, 8 avqustda Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları davamlı sülhün təmin olunması üçün möhkəm əsas yaradır və bütün regionun inkişafı üçün yeni imkanlar açır.