III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıb

Komanda
  • 27 sentyabr, 2025
  • 11:13
III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıb

III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennisçilər arasında komanda yarışlarında Azərbaycanın oğlanlardan və qızlardan ibarət milliləri gümüş medal qazanıblar.

"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, hər iki komanda Rusiya millisinə uduzub.

Həm oğlanlardan, həm də qızlardan ibarət komadalar rəqiblərinə 0:2 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti