Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib

Komanda
  • 17 noyabr, 2025
  • 16:27
Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.

"Report"un məlumatına görə, yığma bu dəfə Qazaxıstan ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:31.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub - 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti