"Alstom" və "Ukrzaliznıtsi" Ukraynaya 55 elektrik lokomotivinin tədarükü üzrə müqavilə imzalayıb

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 18:11
Alstom və Ukrzaliznıtsi Ukraynaya 55 elektrik lokomotivinin tədarükü üzrə müqavilə imzalayıb

Fransa Prezidenti Emmanuel Makron "Alstom" konserni ilə Ukraynanın "Ukrzaliznıtsi" arasında 475 milyon avro məbləğində Ukraynaya 55 elektrik lokomotivinin tədarükünə dair müqavilənin imzalanmasını alqışlayıb.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Parisdə ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Mən "Alstom" və Ukrayna Dəmir Yolu Şirkəti arasında Dünya Bankı və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirməsi ilə 475 milyon avro məbləğində Ukraynaya 55 elektrik lokomotivinin tədarükünə dair müqavilənin imzalanmasını alqışlayıram", – deyə o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti