Aİ Şurası üçüncü ölkələrlə vizasız rejimin dayandırılması qaydalarını sərtləşdirib

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 18:01
Aİ Şurası üçüncü ölkələrlə vizasız rejimin dayandırılması qaydalarını sərtləşdirib

Avropa İttifaqı Şurası üçüncü ölkə vətəndaşlarının qısamüddətli səfərləri üçün vizasız rejimin dayandırılması mexanizminin yenilənməsini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur.

Məlumata əsasən, dəyişdirilmiş qaydalar Aİ-yə vizasız rejim təyinatına uyğun istifadə olunmadıqda və ya İttifaqın maraqlarına zidd olduqda daha sürətli və qətiyyətli reaksiya verməyə imkan yaradacaq.

Əgər illik qayda pozuntularının sayı əvvəlki illə müqayisədə birdən-birə 30 % artarsa, üçüncü ölkə ilə vizasız rejim dayandırıla bilər, Əvvəllər bu göstərici 50 % idi. Əgər əvvəllər vizasız rejim maksimum 9 ay müddətinə dayandırıla və məhdudiyyətlər 18 aya qədər uzadıla bilirdisə, indi bu müddət 12 aya qədər artırılıb və 24 aya qədər uzadılma imkanı nəzərdə tutulub. Qərar 7 dekabrda qüvvəyə minəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti