Azərbaycan millisinin baş məşqçisi: "Şimali Makedoniya ilə matça tam hazırıq"

Komanda
  • 27 noyabr, 2025
  • 12:44
Azərbaycan millisinin baş məşqçisi: Şimali Makedoniya ilə matça tam hazırıq

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün qarşılaşacağı Şimali Makedoniya ilə matça tam hazırdır.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Tahir Baxşıyev deyib:

Mütəxəssis heyətdə itkilərin olmadığını vurğulayıb:

"Noyabrın 17-dən Bakıda təlim-məşq toplanışına başladıq. Şimali Makedoniyaya dünən gəlmişik. Bir məşq keçmişik. Bu gün daha bir məşqimiz olacaq. Oyuna tam heyətlə hazırıq. İtkilərimiz yoxdur".

Baş məşqçi Şimali Makedoniya yığması haqqında danışıb:

"Rəqibin güclü olduğunu bilirik. Görüş çətin keçəcək. Ancaq əlimizdən gələni edəcəyik, vuruşacağıq. Uşaqların istəyi var. İnanıram ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan görüşü bu gün Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti