Yaponiyada qar son 18 gündə 45 nəfərin ölümünə səbəb olub

Digər
  • 07 fevral, 2026
  • 07:06
Yaponiyada qar son 18 gündə 45 nəfərin ölümünə səbəb olub

Yaponiyada yanvarın 20-dən yağan güclü qar nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Yanğından Mühafizə və Xilasetmə Agentliyinin saytında dərc olunmuş statistikasında göstərilib.

Qış mövsümünün əvvəlindən bəri qarla əlaqədar həlak olanların ümumi sayı 65 nəfərdir.

Ən çox ölüm halı Niiqata prefekturasında (17) və Akita prefekturasında (8) qeydə alınıb. Hokkaydo, Yamaqata və Aomoridə hər birində daha beş nəfər ölüb.

Qar yağması nəticəsində 540 nəfər xəsarət alıb, onlardan 187-sinın vəziyyəti ağırdır.

Sinoptiklər qar yağışının həftəsonu boyunca, o cümlədən parlamentin əsas aşağı palatasına seçkilər günü olan 8 fevralda davam edəcəyini proqnozlaşdırırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti